Rusiya və İran böyük anlaşmalar imzalayıb
-
İranın rabitə və informasiya texnologiyalar naziri
Həştərxan limanı vasitəsi ilə Rusiyaya ixrac olunan İran kənd təsərrüfatı məhsullarının gömrük rüsumu azalır. Tehran-Moskva anlaşmalarına əsasən, uzaq məsafədən dəyərləndirmə peyki Rusiyanın əməkdaşlığı ilə hazırlanacaq və bu ölkənin hava aerodromu vasitəsi ilə kosmosa yollanacaq.
İran peyklərin düzəldilməsində dünya nəhəngi ilə strateji anlaşıb.
Təxminən bir il öncə idi ki, Rusiya prezidenti Vladimir Putinin Tehrana səfəri ilə yanaşı iki ölkənin əlaqələrində yeni səhifə açıldı.
Bu səfərdən sonra iki ölkə ilk addımda Müştərək Əməkdaşlıq Komissiyası təşkil edərək Tehran-Moskva anlaşmalarının artırılmasına böyük şərait yaratdı.
Rusiya həmçinin S-300 zenit-raket kompleksini təhvil verməklə, öz strateji şəriki ilə anlaşmalarda xoşməramlılığını nümayiş etdirdi.
Özəl sektorun da iştirakı ilə böyük ticarət və iqtisadiyyat memorandumlarının da imzalanması iki ölkənin əlaqələri və əməkdaşlıqlarını maksimum şəkildə artıran faktorlardan idi.
İranın rabitə və informasiya texnologiyalar naziri deyib: Bir sıra anlaşma və sənəd imzalanmışdır. Bunlar iki ölkənin əlaqələrinin genişləndirilməsi üçün əsaslardır. Misal üçün qarşılıqlı investisiyanın cəlb olunması üzrə sənədin imzalanmasıdır. Çox önəmli razılaşmadır. 3 gömrük sənədi imzaladıq. Yaşıl dəhliz gömrükü. Bu, hər iki ölkə üçün çox önəmlidir. Və həmçinin biz razılığa gəldik ki, yaxın gələcəkdə tənzimlənən və hazırlanan sənaye yol xəritəsi imzalansın.
Eyni zamanda İran və Rusiyanın Müştərək Əməkdaşlıq Komissiyasının da rəhbəri də olan rabitə və informasiya texnologiyalar naziri Moskvada rus həmkarı ilə 12-ci müştərək iclasdan sonra uzunmüddətli 5 illik proqram çərçivəsində kosmos sahəsində önəmli bir razılaşmanın olduğunu deyib.
İran və Rusiyanın bundan öncə də kosmosa peykin göndərilməsində əməkdaşlıqlar etmələrinə baxmayaraq, dünyanın peyk düzəldən nəhəngi ilə yeni anlaşma mütəxəssislərin kosmos sahəsində inkişafı, xüsusilə də insanın kosmosa göndərilməsi üzrə irəliləyişinin müjdəsini verəcəkdir.