21 iranlını şəhid edən təkfirçi terrorçular edam ediliblər
-
21 iranlını şəhid edən təkfirçi terrorçular edam edilib
21 İran vətəndaşını qətlə yetirmiş terrorçu " Tövhid və Cihad" qruplaşmasının üzvlərindən ibarət bir neçə cinayətkara qarşı məhkəmənin çıxardığı ölüm cəzası icra edilib.
İranın Kürdüstan ostanının ədliyyə idarəsi bir bəyanat yayaraq bildirib ki, sözü gedən terrorçu qruplaşmasının əməliyyatları nəticəsində Sənəndəc, Qurvə, Həmədan və Zəncan şəhərlərində mülki insanlar və polis əməkdaşlarından ibarət 21 vətəndaş şəhid olmuş, 40 nəfər də yaralanmışdı.
Bəyanatda deyilir: Bu dosyanın araşdırılması sözü gedən qruplaşmanın cinayətlərinin geniş miqyasına görə 6 il uzandı və nəhayət məhkəmə prosesi sona çatdıqda bəzi müttəhimlərin cəzaları yumşaldıldı.
Ölkə daxilində müharibə və silahlı əməliyyatlar, günahsız insanların və bəzi dini alimlərin terror edilməsi, Sənəndəc şəhərinin müxtəlif ərazilərində bomba partlayışlarının planlaşdırılması bu terorçu qruplaşmasının törətdiyi cinayətlərin sadəcə bəzilərini təşkil edir.
Təkfir və terror sənədli filmi sözü gedən təkfirçi terrorçu qruplaşmasının üzvlərinin etiraflarını əhatə edir.