CNN: Amerikadan İrana pulla dolu gizli üçuş
CNN informasiya kanalı ABŞ rəsmilərinə istinadla İrana olan məxfi uçuşdan xəbər verərək, İranda həbsdə olan bir neçə amerikalının azad edilməsi ilə bir vaxtda Amerikadan İrana nağd pul daşıyan bir təyyarənin uçduğunu iddia edib.
CNN bildirir ki, İranda həbsdə olan 4 ABŞ vətəndaşının azad edilməsi və nüvə anlaşmasının icraya qoyulması ilə bir vaxta təsadüf edən bu məxfi uçuş İrana yüzlərlə milyon dollar nağd pul daşıyıb.
CNN iddia edir ki, məxfi uçuşun İrana daşıdığı 400 milyon dollar İranın şah zamanından Amerikada dondurulduğunu iddia etdiyi 1.7 milyard dolların bir hissəsi olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə Foks Nyus informasiya kanalı ilə müsahibədə İrana 400 milyon dolların ödənməsi iddiası barədə deyib: Bizim siyasətimiz bac vermək deyil və İrana verilən pullar heç bir vəchlə həbsdə olan vətəndaşlarımızın azad edilməsi üçün olmayıb.
C.Kirbi Foks Nyus kanalının İrana 1.3 milyard dollar pulun ödəniləcəyi barədə səsləndirdiyi fikirə də belə münasibət bildirib: Ödəmələrin qrafiki barədə danışa bilmərəm, bu barədə məlumatım da yoxdur. Lakin, bu, barəsində razılığıa gəlinmilş bir anlaşmadır. Bu pullar barəsində razılıq əldə olunub. Yəni, 400 milyon dollar və onun üçün təyin olunmuş 1.3 milyard dollar faiz barəsində razılıq əldə olunub. Və bu anlaşma İranın ehtimal olunan daha bir neçə milyard dollardan məhrum olması üçündür. Amma, bu pulların nə zaman və hansı yolla İrana təhvil veriləcəyi barədə məlumatım yoxdur və bu, Dövlət Departamentinə aid olan məsələ deyil.