Avq 05, 2016 08:58 Asia/Baku
  • İranın 3 gəmiçilik şirkəti sanksiyalar siyahısından çıxarılıb
    İranın 3 gəmiçilik şirkəti sanksiyalar siyahısından çıxarılıb

İngiltərə hökuməti İran İslam Respublikasının gəmiçiliyi ilə əlaqədar 3 şirkəti sanksiyalar siyahısından çıxarıb.

İRİB-in məlumatına görə, İngiltərə Xəzinədarlıq Nazirliyinin maliyyə sanksiyaların icrası ofisi cümə axşamı günü bildirib ki, Avropa Şurasının qərarına əsasən İranın Gəmiçilik Rifah Xidmətləri müəssisəsi, İranın Gəmiçilik Nəqliyyatı Şİrkəti və Sinqapurda yerləşən Leading Maritime PTE LTD şirkəti sanksiyalar siyahısından çıxarılıb. 

Yeni siyahıya əsasən bundan sonra əmlakın saxlanılması İranın bu 3 şirkətinə aid olmayacaq. 

İran və 5+1 qrupu arasında nüvə anlaşmasından sonra qərbin İran əleyhinə sanksiyalarının əsas hissəsi ləğv olunub. 

Teqlər