Avq 08, 2016 11:33 Asia/Baku
  • Ruhani bu gün Putin ilə görüşəcək
    Ruhani bu gün Putin ilə görüşəcək

İran İslam Respublikası prezidenti Həsən Ruhani Azərbaycana olan səfərinin ikinci günündə Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

Cənab Ruhani və Putin arasında baş tutacaq ikitərəfli görüşün ardınca İran, Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli iclas keçiriləcək. 

İclasın əsas mövzusu iqtisadi əlaqələrin genişləndirilməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi yolları olacaq. 

Ölkə prezidentləri üçtərəfli iclasın sonunda müştərək bəyanat imzalayacaqlar. 

İran prezidenti dünən Bakıda azərbaycanlı həmkarı İlham Əliyev ilə də görüşüb. Bu görüşdə iki ölkə arasında 6 əməkdaşlıq sənədi imzalanıb. Həsən Ruhani həmçinin dünən axşam Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb, Azərbaycanda yaşayan iranlılar ilə şam ziyafətində bir araya bəlib. 

İran prezidenti bu gecə Tehrana qayıdacaq. 

Teqlər