Həsən Ruhani: Heç kəs İranı sanksiya edə bilməz
https://azeri.sahartv.ir/news/İran-i229558-həsən_ruhani_heç_kəs_İranı_sanksiya_edə_bilməz
İran İslam Respublikası prezidenti nüvə anlaşmasının İran xalqının inkişafı yolunda icra edilməsinə nikbin olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 08:54 Asia/Baku
  • Həsən Ruhani: Heç kəs İranı sanksiya edə bilməz
    Həsən Ruhani: Heç kəs İranı sanksiya edə bilməz

İran İslam Respublikası prezidenti nüvə anlaşmasının İran xalqının inkişafı yolunda icra edilməsinə nikbin olduğunu deyib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü 30-cu əyalət səfəri çərçivəsində, Yasuc şəhərində Kəhkiliye və Buyir Əhməd sakinləri qarşısında deyib: İran İslam Respublikası nüvə anlaşmasının icrasında Amerikaya bədbindir. 

İran prezidenti əlavə edib: İranlılar birlik, həmrəylik, İnqilab Rəhbərinə itaət və dövləti himayə ilə dünyaya sübut edib ki, heç kəs İranı sanksiya etməyə qadir deyil.

Ruhani həmçinin deyib: İran xalqı sanksiyalar dövründə hökuməti bütün çətinliklər qarşısında hər an himayə edib və bu gün elə bir səviyyəyə yüksəlib ki, ən son statistik məlumatlara görə, İranın iqtisadi inkişaf göstəricisi ötən 3 ayda 4.4 %-ə yüksəlib.

İran prezidenti çıxışının davamında İran İslam Respublikasının dünyanın neft bazarındakı həqiqi mövqeyinə yaxınlaşdığını deyərək, əlavə edib: Bu gün düşmənlərin iradəsinin əksinə olaraq, İran istədiyi qədər neft sata bilər.

Ruhani sionistlər və uşaq xislətli bəzi qonşu ölkələrin İran diplomatiyasının tarixi uğurundan narahat olmasına işarə edərək, deyib: İranın müstəqilliyi və izzəti Əhl Beyt(ə) xüsusi ilə də İmam Rza(ə)-ın sayəsində olubdur.

İran İslam Respubikası prezidenti həmçinin, Kəhgiluye və Buyir Əhməd əyalətini mehribanlıq və şücaət nümunəsi adlandırıb və deyib: Bu diyarın qeyrətli övladları daim İranın müstəqilliyinin müdafiəçisi olublar.

Həsən Ruhani daha sonra xarici ölkələrlə 82 sənaye müqaviləsinin imzalanmasına və 29 müqavilənin icra edilməsinə işarə edərək, deyib: Kəhgiluyə və Buyir Əhməd əyaləti dərman bitkiləri üzrə İranın ixtisaslaşdırılmış əyalətinə çevrilə bilər.