Avq 14, 2016 17:55 Asia/Baku
  • İran
    İran "Rio-2016" Olimpiya Oyunlarında yeni uğurlar əldə edib

İran İslam Respubikasının “Rio-2016” Olimpiya Oyunlarındakı İmam Rza(ə) idman karvanının 2-ci qızıl medalı Söhrab Muradinin adına qeydə alındı.

“Rio-2016” Olimpiya Oyunlarının 8-ci günündə və İmam Rza(ə)-ın mövlud günü axşamında iranlı idmançılar yenidən uğurla çıxış etdilər. 94 kq çəki dərəcəsində çıxış edən iranlı atlet Söhrab Muradi İran komandası üçün 2-ci qızıl medalı qazanaraq, İran xalqını sevindirdi. Söhrab Muradinin birdəfəyə qaldırmada ilk cəhdi 178 kq ağırlıq qarşısında uğursuz alınsa da, ikinci cəhdində bu ağırlığı başı üzərinə qaldırmağı bacardı. 3-cü cəhdində isə Muradi 182 kq ağırlığı başı üzərinə qaldıraraq, qızıl medala gedən yolda inamla addımladığını sübut edib. Söhrab Muradi təkanla qaldırmada 221 kq ağırlığın öhdəsindən asanlıqla gələrək, 94 kq çəki dərəcəsində qızıl medalın sahibinin ondan başqa birinin olmadığını qətiləşdirmiş oldu. Ümumilikdə 403 kq ağırlığı başı üzərinə qaldıran Muradi öz işini “Rio-2016” Olimpiya Oyunlarının qalibi olaraq başa vurdu.

Daha sonra Dünya və Olimpiya Rekordunu yeniləmək üçün 234 kq-lıq ağırlığı seçməsinə baxmayaraq, Söhrab Muradinin hər iki cəhdi uğursuz alınıb.

 

Söhrab Muradi bu barədə deyib: "Çox şadam. Ümumiyyətlə Olimpiya Oyunlarında iştirak edə biləcəyimi belə təsəvvür etmirdim. Bu mənim üçün 2-ci bir şans idi və mən onun ən yaxşı formada dəyərləndirməyi bacardım. Olimpiya çempionu adına yiyələnmək hər bir idmançının arzusudur və mən bu arzuya çatdım.  Mən bu medalı əziz İran xalqına və ailəmə təqdim etmək istəyirəm."

 

94 kq çəki dərəcəsində mübarizə aparan digər iranlı atlet Əli Haşimi isə  ümumilikdə 383 kq ağırlığı başı üzərinə qaldıraraq, yarışları 7-ci pillədə başa vurub.

100 metrə qaçışda isə iranlı atlet Həsən Təftiyan 10.17 saniyə ilə öz qrupunda 3-cü olaraq yarışların yarım final mərhələsində iştiraka vəsiqə əldə edib.

 

Həsən Təftiyan mövcud şəraitdən razılıq edərək, deyib: "Allaha çox şükürlər olsun ki, şərait yaxşıdır. Və bu gün də İmam Rza(ə)-ın mövlud günüdür və ümidvaram İmam Rza(ə)-ın köməkliyi ilə yarım final mərhələsində uğurla çıxış edə bilim."

 

Digər iranlı atlet Rza Qasemi 100 metrlik məsafəyə qaçışda 10.47 saniyə ilə öz qrupunda 7-ci olub və yarım final mərhələsində iştirak şansını itirib.

 

Rza Qasemi çıxışının uğursuz alınmasını belə izah edib: "Stadionda səs-küy çox olduğu üçün start səsini eşitmədim və buna görə də çıxışım yaxşı alınmadı."

 

 

İranlı voleybolçular isə 4-cü qarşılaşmada Misiri məğlub ediblər. İlk set 28-26 hesabı ilə qələbə çalan iranlı voleybolçular, 2-ci seti 25-22 hesabı ilə başa vurdular. 3-cü set isə 25-16 hesabı ilə başa çatdı. 4 oyun və 2 qələbə ilə İranın voleybol komandası ümumilikdə 7 xalq toplayıb.

 

İranın voleybol komandasının baş məşqçisi Raul Lozano bu qələbənin növbəti mərhələyə yüksəlmək üçün son dərəcə önəmli olduğunu deyib: "Bu oyun İran üçün son dərəcə önəmli idi. Çünki, bu qələbə ilə iranlı voleybolçular yarışların dörddə bir mərhələsində iştiraka vəsiqə qazanmış oldular."

 

İranın voleybol komandasının üzvlərindən biri isə növbəti mərhələdə də uğurlu çıxışa ümidvar olduqlarını deyib: "Dörddə bir final mərhələsində iştirakımız qətiləşmiş oldu. Və ümidvaram yarım final mərhələsinə də yüksələk."

 

 

Teqlər