Həsən Ruhani: Heç kim İran xalqına hansısa məsələni zorla qəbul etdirə bilməz
https://azeri.sahartv.ir/news/İran-i229585-həsən_ruhani_heç_kim_İran_xalqına_hansısa_məsələni_zorla_qəbul_etdirə_bilməz
İran İslam Respublikası prezidenti Yasuc əhalisi qarşısında çıxışı zamanı düşmənlərin öz istəklərini İran xalqına zorla qəbul etdirə bilməyəcəklərini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 14:02 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Həsən Ruhani
    İran İslam Respublikası prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti Yasuc əhalisi qarşısında çıxışı zamanı düşmənlərin öz istəklərini İran xalqına zorla qəbul etdirə bilməyəcəklərini deyib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: "Əgər biz bu gün habelə, regionun çətin günlərində, İnqilab düşmənlərinin neftin qiymətini 3-4 dəfə ucuzlaşdırdıqları bir dövrdə 5%-lik bir inkişafa nail ola bilmişiksə, bu, xalqın hökumətə etimad etməsi və xalq ilə dövlət arasında birliyin olması mənasındadır."

 

"Siz böyük İran xalqı sadəcə şüar ilə deyil, öz iradəniz, müqavimətiniz və mübarizəniz, dövlətə olan dəstəyiniz ilə, İnqilab Rəhbərinin göstərişlərinə itaətiniz ilə sübut etdiniz ki, heç kim İran xalqına hansısa məsələni zorla qəbul etdirə bilməz. Siz tam şücaət və izzət ilə əziz İranın qollarına və ayaqlarına vurulan sanksiyalar zəncirini qırmağı bacardınız. Və bu gün İran ilə düşmən olanların iradəsinin əksinə olaraq, biz istədiyimiz qədər neft sata bilirik." - deyə Həsən Ruhani qeyd edib.

 

İran prezidenti bəzi tərəflərin xüsusi ilə də İsrailin İranın uğurlarından narahat olduğuna işarə edərək, deyib: "Bu gün sionistlərin İran xalqının qələbəsindən qəzəbli olduqları doğrudur, bu gün İranın cənubunda olan 1-2 uşaq xislətli ölkənin bu məsələdən narahat olması doğrudur. Amma, İran xalqı müqavimət, birlik , həmrəylik və İnqilab Rəhbərinin göstərişləri ilə tarixi və böyük bir siyasi qələbəyə imza atdı və şəraiti iqtisadi inkişafa doğru dəyişdi."

 

Həsən Ruhani sonda deyib: "Unutmayın, nüvə anlaşmasına nikbin olmaq super güclərə nikbin olmaq anlamında deyil. Biz nüvə anlaşmasına nikbin olsaq da, Amerikaya bədbinik."