İran və Rusiya terrorizm ilə mübarizə sahəsində əməkdaşlığı davam etdirirlər
-
İran və Rusiya terrorizm ilə mübarizə sahəsində əməkdaşlığı davam etdirirlər
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Suriyada terrorizm ilə mübarizə sahəsində İran ilə Rusiya arasındakı əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Rusiyanın Suriyadakı terrorçulara qarşı hücum əməliyyatları üçün İranın səması və imkanlarından istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib: Suriyada terrorizm ilə mübarizə sahəsində Tehran-Moskva əməkdaşlıqları strateji əhəmiyyətə malikdir və bunun üçün potensiallar mövcuddur.
İRNA ilə müsahibəsində Şəmxani İran, Rusiya, Suriya və müqavimət cəbhəsi arasında səmərəli əməkdaşlıqların terrorçuların tam məhv edilməsinədək davam edəcəyini vurğulayaraq deyib: Xalq müqaviməti doktrinasından faydalanmaq, terror təhdidləri ilə mübarizə və müsəlman ölkələrin suverinliyi və təhlükəsizliyini mühafizənin yeganə yoludur.
Şəmxani Ali-Səud rejiminin regiondakı hərəkətləri, o sıradan Suriya və Yəməndə terrorçu qruplara dəstək verməsi və müsəlman ölkələrin təhlükəsizliyini pozmaq üçün münafiqlərdən istifadə niyyəti barədə deyib: Səudiyyə Ərəbistanının öz maliyyə imkanlarını təkfirçi və terrorçu qrupların gücləndirilməsi sahəsində istifadə etməsi müsəlman xalqlar üçün qəbuledilməzdir.