Rusiyanın İranın hava bazasından istifadəsi başa çatıb
-
Rusiyanın İranın hava bazasından istifadəsi başa çatıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Rusiyanın İranın Həmədan şəhərindəki Noje hava bazasından istifadəsi başa çatıb.
IRNA-nın məlumatına görə, Bəhram Qasemi öz brifinqində Rusiyanın İranın qərbində yerləşən Həmədan şəhərindəki Noje hava bazasından istifadəsi barədə deyib: Rusiya İranda nə bazaya malikdir, nə də ki, yerləşibdir. Bu, bir məsələ idi ki, həyata keçirildi və hələlik başa çatıb.
Qasemi əlavə edib: İran bu barədə Rusiya ilə heç bir razılaşmaya malik deyil, bizim bu ölkə ilə əlaqələrimiz bəzi sahələrdə stratejidir və ötən bir neçə ildə bu əlaqələr xüsusən terrorizm və İŞİD ilə mübarizə sahələrində olduqca yaxın olubdur.
Son günlər Rusiya Suriyadakı terrorçulara hücum etmək üçün İranın koordinasiyası ilə öz bombardmançılarından bir neçəsini İranın qərbində yerləşən Həmədan şəhərindəki Noje hava bazasında yerləşdirmişdi.