İran prezidenti və nazirlər kabinetinin üzvləri İmam Xomeyni(r.ə)-in pak məqbərəsində olublar
https://azeri.sahartv.ir/news/İran-i230887-İran_prezidenti_və_nazirlər_kabinetinin_üzvləri_İmam_xomeyni(r.ə)_in_pak_məqbərəsində_olublar
İran İslam Respublikası prezidenti və nazirlər kabinetinin üzvləri Dövlət Həftəsi-nin ilk günündə İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in pak məqbərəsində olaraq, o həzrətin amalları və ideyalarına sədaqətə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2016 10:42 Asia/Baku
  • İran prezidenti və nazirlər kabinetinin üzvləri İmam Xomeyni(r.ə)-in pak məqbərəsində olublar
    İran prezidenti və nazirlər kabinetinin üzvləri İmam Xomeyni(r.ə)-in pak məqbərəsində olublar

İran İslam Respublikası prezidenti və nazirlər kabinetinin üzvləri Dövlət Həftəsi-nin ilk günündə İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in pak məqbərəsində olaraq, o həzrətin amalları və ideyalarına sədaqətə təkid ediblər.

İRNA-nın məlumatına görə, Həsən Ruhani və nazirlər kabinetinin üzvləri bu gün səhər İmam Xomeyni(r.ə)-in hərəmində olaraq, o həzrətin məzarı üstə gül çələngi qoyub, fatihə oxuyublar. Daha sonra o həzrətin amalları və ideylarına yenidən beyət ediblər.

11-ci dövlətin başçısı və üzvləri həmçinin, şəhidlər Məhəmməd Əli Rəcayi, Məhəmməd Cavad Bahunər və Məhəmməd Hüseyn Beheştinin məzarlarını ziyarət edərək, İslam İnqilabı və Müqəddəs Müdafiə dövrü şəhidlərinin xatirəsini də yad ediblər.

İslam quruluşunda həqiqi dövlət adamı simvolları sayılan şəhid Rəcayi və şəhid Bahunərin xatirəsinə avqustun 23-dən 29-na kimi İranda dövlət həftəsi günü adlandırılıb.

Dövlət həftəsi İslam quruluşuna xidmət edən insanlara təşəkkür etmək, xalq və dövlət arasında birlik və həmrəyliyi artırmaq üçün münasib fürsət sayılır.