İran Qəzzə və əl-Əqsa məscidinə təcavüzü pislədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi sionist rejimin müdafiəsiz Qəzzə əhalisinə qarşı son təcavüzkar hücumlarını pisləyərək deyib: Bu hücumlar ötən illər ərzində misilsiz olmuşdur. Bu isə Qüds Şərifi qəsb edənlərin təcavüzkarlıq xüsusiyyəti və onların fələstinlilərin və müqavimət qruplarının alqışalayiq müqaviməti qarşısında acizliyinin nişanəsidir.
İran XİN-in baş diplomatiya idarəsinin məlumatına görə, Qasimi həmçinin əl-Əqsa məscidinin yandırılmasının 47 illiyini xatırladaraq, bu mübarək məscidin altında və ətrafında qazıntıların aparılması ilə məscidə davamlı təcavüzü və sionist rejimin Beytül-Müqəddəsin yəhudiləşdirilməsi siyasətini izləməsini qəbuledilməz adlandırıb və bu prosesin dayandırılması istiqamətində beynəlxalq addımların atılmasını istəyib.
İran XİN sözçüsü bəzi dövlətlərin sionist qəsbkarlarla əlaqələri normallaşdırması istiqamətindəki funksiyasını bu rejimin məzlum Fələstin xalqına qarşı davamlı cinayətlərini görməməzliyə vurmaq və sionistlərin həyasızlaşmasına səbəb olduğunu bildirib və islam ölkələrini Fələstin xalqının amalı qarşısında məsuliyyətli və ayıq-sayıq olmağa çağırıb.