Avq 25, 2016 09:07 Asia/Baku
  • Zərif Ekvador prezidenti ilə görüşüb
    Zərif Ekvador prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Kitoda Ekvador prezidenti Rafael Korrea ilə görüşüb.

Korrea bu görüşdə Ekvadorda mövcud olan zəngin mədən resurslarına və İrandakı müasir texnologiyalara işarə edərək, vurğulayıb ki, iki ölkə bir-birinin tamamlayıcısıdır.

Ekvador prezidenti iki ölkənin ticarət əlaqələrinin az həcmini tənqid edərək, deyib: Sanksiyalar dövründə Kito üçüncü bir ölkənin vasitəçiliyi, o da son dərəcə məhdud səviyyədə Tehranla iqtisadi mübadilələr həyata keçirməli idi. Lakin hazırda və sanksiyaların götürülməsindən sonra İranla birbaşa ticarət imkanı yaranıb.

Korrea görüşün sonunda sanksiyaların götürülməsi sahəsindəki uğurlarına görə, İranın diplomatiya aparatını təbrik edərək, deyib ki, İran və Ekvador bütün sahələrdə bir-birilə həmkarlıq edəcəklər.

İranın xarici işlər naziri həmçinin çərşənbə günü Ekvador parlamentinin sədri Qabriela Rivadeneria ilə görüşüb.

Həmin görüşdə iki ölkə parlamentləri əməkdaşlıqlarının genişləndirilməsi yolları araşdırılıb.

İranın xarici işlər naziri cümə axşamı günü Çiliyə yola düşüb.

Teqlər