Nüvə anlaşması öhdəliklərinin tam icrası; əlaqələrin inkişafı və etimad üzrə meyar
-
İran prezidenti Fransa Milli Məclisinin sədri ilə görüşü
İran prezidenti Fransa Milli Məclisinin sədri ilə görüşdə: İki ölkə arasındakı razılaşmaların sürətlə və dəqiq icrası siyasi, iqtisadi, mədəni və elmi əlaqələrdə hissolunacaq dəyişiklik yaradacaq.
Həsən Ruhani "Nüvə müzakirələri və anlaşmasında təkcə bir problemin həllinin ardınca olmamışıq" deyərək, bildirib: İran İslam Respublikasının 5+1 ilə uzun və mühüm müzakirələrində hədəfi, dinc nüvə fəaliyyətlərində öz haqlılığını sübut etmək və dünya ilə konstruktiv anlaşma üzrə iradəsini göstərmək olub.
Ruhani İran İslam Respublikasının nüvə anlaşmasındakı bütün öhdəliklərinə tam şəkildə əməl etdiyini vurğulayaraq, nüvə anlaşması öhdəliklərinin bütün tərəflər vasitəsilə tez bir zamanda və dəqiq icrasının vacibliyini qeyd edib.
İran prezidenti deyib: Siyasi həmkarlıq və məşvərətlər ilə terror qruplarının gediş-gəlişlərinə nəzarət etməli və bəzi ölkələrin terrorçulara hər cür köməklərinə mane olmalıyıq.
O, əlavə edib: Region sabitliyi terrorizmə dəstəklərin kəsilməsindən asılıdır. Terrorizmin məğlubiyyətə uğraması, sabitlik və təhlükəsizliyin regiona geri dönməsi, didərginlərin öz evlərinə qayıtmaları və əhalinin iradəsi və rəyinin yerləşməsi region məsələləri sahəsində müştərək və mühüm hədəflərdəndir.
Fransa Milli Məclisinin sədri Kloud Bartelon da İran prezidentilə görüşdən məmnun qaldığını deyərək, iki ölkə və iki xalqın tarixi və dostcasına əlaqə və ortaqlıqlarına toxunub və deyib: Fransa xalqı daim iranlıların tarixinə cəzb olublar və Fransada İranla ticarətə,eləcə də İran memarlığı, ədəbiyyatı və incəsənətinə böyük maraq var.
Fransa Milli Məclisinin sədri deyib: İki ölkə arasındakı bütün razılaşma və anlaşmaları reallışdırmaq istiqamətində səy göstərməliyik. O, əlavə edib: Fransa Milli Məclisi İranın 5+1 ilə müzakirələri boyu inadla bu müzakirələri dəstəklədi və bu gün də ciddi şəkildə nüvə anlaşmasının tərəflər vasitəsilə tam icrasının ardıncayıq.
Bartelon iki ölkə əlaqələrində iqtisadi hədəflərin reallaşması önəmini vurğulayaraq, deyib: İranda investisiya və həmkarlıq üçün iri fransız bankların səylərini dəstəkləyirik.
Fransa Milli Məclisinin sədri habelə deyib: Bu gün hamı bu qənaətdədir ki, terrorizmlə mübarizə üçün kollektiv iradə və səyə, eləcə də vahid qaydalara ehtiyac duyuruq və qətiyyətlə İranın bu sahədə iştirakı regionda səbatsızlıqların aradan götürülməsindəöyük rol oynaya bilər.