Sen 06, 2016 18:08 Asia/Baku
  • Qum şəhərində dini tələbələr və ruhanilər Bəhreyn xalqına qarşı repressiyalara etiraz ediblər
    Qum şəhərində dini tələbələr və ruhanilər Bəhreyn xalqına qarşı repressiyalara etiraz ediblər

Qum şəhərinin dini tələbələri və ruhaniləri Bəhreyn xalqına qarşı repressiyaların davam etməsi və Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

İRNA-nın verdiyi məlumata görə, Qum Dini Elmlər Mədrəsəsinin tələbə və müəllimlərinin bu gün keçirilən aksiyasında iştirakçılar Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı düşmən mövqelərinin güclənməsini pisləyərək, beynəlxalq təşkilatların bu rejimin bəşəriyyətə qarşı hərəkətlərinə etiraz etmələrini, Bəhreyn xalqını dəstəkləmələrini istəyiblər. 

Aksiyada bəhreynli din alimi Şeyx Əbdüllah Əd-Dəqaf, eləcə də Əhli beyt(ə) Assambleyasının baş katibi Məhəmməd Həsən Əxtəri öz çıxışlarında Ali-Xəlifə rejiminin cinayətlərinə toxunublar. 

Həmçinin Beynəlxalq Amnistiya Təşkilatının Bəhreyn üzrə koordinatoru Arial Blutigen Bəhreyndə davam edən həbsləri və məşhur ruhani Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsini pisləyərək, bu kimi hərəkətlərin zülm və özbaşınalıq olduğunu deyib.   

Teqlər