Ruhani: İran heç vaxt Mina faciəsi şəhidlərinin qanından keçməyəcək
https://azeri.sahartv.ir/news/İran-i233504-ruhani_İran_heç_vaxt_mina_faciəsi_şəhidlərinin_qanından_keçməyəcək
İran İslam Respublikası prezidenti deyib: İran dövləti və quruluşu heç vaxt Mina faciəsi şəhidlərinin qanından keçməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2016 08:55 Asia/Baku
  • Ruhani: İran heç vaxt Mina faciəsi şəhidlərinin qanından keçməyəcək
    Ruhani: İran heç vaxt Mina faciəsi şəhidlərinin qanından keçməyəcək

İran İslam Respublikası prezidenti deyib: İran dövləti və quruluşu heç vaxt Mina faciəsi şəhidlərinin qanından keçməyəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Mina faciəsində şəhid olan Allah evi zəvvarlarının xatirəsini anaraq deyib: İranlı zəvvarların həcc səfərinə mane olan Ərəbistan dövləti bu il bütün öncəki cinayətlərinə daha birini, "sədd ən səbil-Allah"ı əlavə etmiş oldu.

Həsən Ruhani Ərəbistan ilə mövcud olan problemlərin həcc məsələsindən daha geniş olduğunu bildirib və deyib: Region və İslam Dünyası ölkələri mövcud problemləri həll etmək və Ərəbistan dövlətini cəzalandırmaq üçün ahəngdar şəkildə tədbirlər görməlidirlər ki, bir tərəfdən Məkkə və Mədinədə, şərif hərəmlərdə həcc mərasimi sözün əsl mənasında şərəfli və İbrahimsayağı keçirilmiş olsun. Digər tərəfdən isə region ölələri bu rejimin terrorizmi və terrorçuları himayə etməsindən nicat tapsınlar və Yəmən xalqı da sülh və təhlükəsizlik şəraitində yaşasın.

İran prezidenti əlavə edib: İran İslam Respublikası Mina faciəsində həlak olanların haqqını bərpa etmək üçün siyasi və hüquqi yollarla məsələni izləyir.