Sen 14, 2016 16:39 Asia/Baku
  • Əmir Abdullahiyan: Birləşmiş Ştatlar terrorizm ilə mübarizədə heç bir müsbət addım atmır
    Əmir Abdullahiyan: Birləşmiş Ştatlar terrorizm ilə mübarizədə heç bir müsbət addım atmır

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: Amerika region xalqları və Suriyanın terrorçuların işğalından nicatı istiqamətində heç bir müsbət addım atmayıb.

Hüseyn Əmir Abdullahiyan ABŞ dövlət katibi Con Kerrinin münafiqlər qruplaşmasının İraqdakı son üzvlərinin də Avropaya köçürülməsi barədə dediklərini kəskin formada tənqid edib və deyib: ABŞ rəsmilərinin rəftarları və açıqlamalarına nəzər saldıqda bu ölkənin region xalqları və Suriyanın terrorizmin caynağından nicatı istiqamətində heç bir müsbət addım atmadığı tam aydın formada öz təsdiqini tapmış olur. Amma, onlar terrorçu münafiqlərin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlərdən fəxrlə danışırlar. 

Əmir Abdullahiyan həmçinin deyib: Ağ Ev bir tərəfdən Suriyada atəşkəsin elan edilməsi ilə Suriya ordusunun mühasirəsində olan terrorçuları xilas etməyə çalışır, digər tərəfdən isə terrorçu münafiqlərin təhlükəsizliyinin təmin edilməsindən danışır.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi daha sonra deyib: ABŞ-ın Suriya və İraq xalqının həyatı və namusunu təhdid edən təhlükələrə laqeyd yanaşdığı bir şəraitdə Con Kerri utanmadan terrorçu münafiqlərin təhlükəsizliyinin tam təmin edilməsindən danışır.  

Teqlər