Sen 26, 2016 21:01 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri: ABŞ-ın Suriya ordusunun mövqeyini bombalamaqla terrorizmin yanında olduğunu sübut etmiş oldu.

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani Suriyanın Nümayəndələr Məclisinin sədri xanım Hədiyə Xələf Abbas ilə görüşdən sonra, onunla birgə mətbuat konfransında bəzi ölkələrin terrorizm ilə mübarizə sahəsindəki ikili rəftarlarına işarə edərək, deyib: ABŞ-ın Suriya ordusunun mövqeyinə olan son hücumu Vaşinqtonun hiyləgərliyini ifşa etmiş oldu və Suriya ordusunu bombalaması ilə Amerikanın terrorizm cərəyanının kənarında yer alması, terrorizm ilə mübarizənin yalan olması faktını ortaya qoymuş oldu. 

Laricani Suriya böhranının ilk anlarından İranın yeganə həll yolunun siyasi həll yolu olduğuna inandığını xatırladıb və deyib: Bəzi ölkələr dünya və region səviyyəsində Suriyada böhran odunu alovlandırmaqla məşğuldurlar və bu məsələnin nişanələri zaman-zaman özünü göstərir. 

İranın qanunvericilik orqanı başçısı eyni zamanda ümidvarlıq edib ki, Suriyadakı 5 illik müdaxilə təcrübəsi terrorizmi himayə edən dövlətlər üçün dərs olmuş olsun və başa düşsünlər ki, terrorizm sadəcə Suriya ilə məhdudlaşmayacaq və bu böhran Avropa və Amerika üçün də problemlər yarada bilər. 

Xanım Hədiyə Xələf Abbas da İran xalqı və dövlətinə Suriya xalqı və dövlətinə olan dəstəyinə görə təşəkkür edib və deyib: Əgər İran İslam Respublikasının himayələri olmasaydı, Suriya bu gün bir ölkə, xalq və ordu olaraq, düşmən qarşısında müqavimət göstərə bilməzdi. 

Suriyanın Nümayəndələr Məclisinin sədri həmçinin deyib: Suriya 5 il öncə 80 ölkə tərəfindən terrorizm ilə savaşa sürükləndi və bu savaşda Suriya sivilizasiyası və mədəniyyəti məhv oldu, bütün gözəl və cazibədar məkanları dağıdıldı. 

Teqlər