İran şimal-cənub dəhlizinin fəallaşmasını vurğulayıb
İran İslam Respublikasının yol və şəhərsalma naziri dəniz nəqliyyatının genişləndirilməsinin şimal-cənub dəhlizinin fəalllaşmasına gətirib çıxaracağını bildirib.
Abbas Axundi bu gün Hindistanda Cəvahir Ləl Nehru limanına baxış keçirərkən İRNA-nın müxbirinə verdiyi müsahibədə İran ilə Hindistan arsında limanlar və gəmiçilik sahəsindəki əməkdaşlıqların genişləndirilməsini vurğulayaraq deyib: Gəmiçilik reylslərinin fəallaşması və iri gəmilərin İran limanlarında yüklənməsi şimal-cənub dəhlizinin tezliklə fəallaşmasına şərait yaradıb.
Axundi Hindistanın ən iri limanlarından olan Cəvahir Ləl Nehru limanı ilə əməkdaşlıqların genişləndirilməsinin İran üçün prioritet təşkil etdiyini xatırladıb və deyib: Hindistanın gəmiçilik reylsərinin rəsmiləri ilə görüşdə Hindistanın iri gəmilərinin Fars körfəzində lövbər salması mövzusu da müzakirə edildi.
İranın yol və şəhərsalma naziri Rusiyaya mal tranziti üçün ən əlverişli istiqamətin şimal-cənub dəhlizi olduğunu bildirərək deyib: Şimal-cənub dəhlizi vasitəsi ilə Hindistandan Rusiyaya mal tranzitinin müddəti yarıya endirilir.