Okt 01, 2016 13:38 Asia/Baku
  • Müqavimət Film Festivalı; Dünyanın müstəqil kinomatoqrafları üçün baza

14-cü Müqavimət Film Festivalının katibi deyib: Bu festival dünyanın müstəqil kinomatoqrafları üçün bir bazaya çevrilib.

İRNA-nın məlumatına görə, Məhəmməd Xəzayi cümə günü 14-cü Müqavimət Film Festivalının bağlanış mərasimində deyib: Bu il, bu mərasimdə iranlı sənətkarlar ilə yanaşı, 29 ölkənin sənətkarları da iştirak etdi. Bu da sevindirici haldır. 

Xəzayi əlavə edib: Bu mərasimdə şəhid hərəm müdafiəçisinin qızı Nərgiz Xanzadənin Suriya, Yəmən, İraq və Fələstində yeni təhsil ilinə atasız başlayan qızlar adından iştirak etməsi böyük bir iftixar idi. 

14-cü Müqavimət Film Festivalının katibi "İnqilab Kinosu"nun yeni nəslində çox maraqlı nümunələrin yaranmasına işarə edərək, deyib: Ümidvaram bu festival ölkə rəsmiləri tərəfindən himayə edilsin. 

14-cü Müqavimət Film Festivalı 23-30 sentyabrda Tehranda Millət Kino Zalında keçirilib. 

Festivalın sonunda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın müraciəti müavni şeyx Əli Zahir tərəfindən qirət edildi. 

Seyid Həsən Nəsrullahın müraciətində deyilir: Müqavimət cəbhəsi ilə düşmən olanların sayının çox olmasını nəzərə alaraq, media və incəsənət xadimlərinin səhnədə daha artıq iştirakı lazımdır və bu sahənin məhsulları bu yolun haqlı olmasını sübut edə bilər.