Laricani: ABŞ və sionizm terrorizmin himayədarlarıdır
İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ və sionistlər açıq-aşkar şəkildə terrorizmi dəstəkləyirlər.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün parlamentin plenar iclasında əlavə edib: Regionun islam ölkələrinin Yaxın Şərqdəki mövcud de-stabillik və terrorizm məsələsi ilə qarşılaşması sionist rejimi ən təhlükəsiz şəraitdə qərarlaşdırıb və regionda terrorizmin məhv edilməsi və İran və Hizbullahın uğuru bu işğalçı rejim üçün ən pis hal olacaqdır.
Əli Laricani bildirib: Amerika yalançı şüarlarının əksinə olaraq terrorizmlə mübarizə üçün heç bir iradə nümayiş etdirmir və bu ölkə regionda terrorizmlə mübarizənin pərdəarxasında böyük məqsədlər ardıncadır.
Laricani sionist rejimin Suriyada İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terror qruplaşmaları dəstəklədiyinə toxunub və deyib: Regionda İsrail rejimi ilə terror qruplaşmaları arasında sıx bağlar yaranmışdır.
İran İslam Şurası Məclisinin sədri xatırladıb: İran regionda təkfirçilik fitnəsini söndürmək və regionu sakitləşdirmək ardıncadır. Amma Amerika və sionist rejim və bəzi ərəb ölkəkləri təhlükəsizlik böhranının davam etməsi və qeyri-qanuni məqsədlərə çatmaq üçün onun alovlanması ardıncadırlar.