Okt 06, 2016 16:43 Asia/Baku
  • İran və Vietnam arasında əməkdaşlıqların inkişafı
    İran və Vietnam arasında əməkdaşlıqların inkişafı

İran İslam Respublikası prezidenti deyib: İran və Vyetnam arasında əməkdaşlıqların inkişafı üçün geniş potensiallar mövcuddur və iki ölkə xalqlarının mənafeyi istiqamətində bu potensiallardan istifadə edilməlidir.

İranın Prezident Apratının informasiya portalının verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün Hanoyda Vyetnam baş naziri ilə görüşündə Şərqi Asiya ölkələri, xüsusi ilə də Vyetnam ilə əlaqələrin gücləndirilməsinin daima İran üçün xüsusi əhəmiyyət kəsb etdiyini , Vyetnamın İranın Şərqi Asiya regionunda iqtisadi fəaliyyətlərinin inkişafı üçün bir mərkəz olduğunu vurğulayıb.

Ruhani deyib: Ətraflı müştərək təşəbbüs proqramının(nüvə anlaşması) icrasından və sanksiyaların aradan qaldırılmasından sonra İran ilə Vyetnam arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli zəmin yaranıb və bunun üçün bank əməkdaşlıqları gücləndirilməlidir.

Ruhani həmçinin İran və Vyetnam prezidentlərinin qarşılıqlı səfərlərinin hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişaf etdirilməsindəki əzmkarlığının göstəricisi olduğunu xatırladıb və deyib: İran xalqı əyilməz dost Vyetnam xalqı ilə əlaqələrdə maraqlıdır.

Vyetnamın baş naziri Nguyen Xuan Phuc da ölkəsinin İranla əlaqələrə xüsusi diqqət ayırdığını bildirib və deyib: Hanoy  Tehranla ticarət mübadilələrinin dəyərini illik 2 milyard dollara çatdırmaq üçün İranla tam əməkdaşlıq etməyə çalışacaqdır.

Vyetnamın baş naziri deyib: Nüvə anlaşmasıdan sonrakı dövr əməkdaşlıqların inkişaf etdirilməsinə əlverişli fürsət yaradıb, heç şübhəsiz ki, İran prezidentinin Vyetnama səfəri Tehran-Hanoy əməkdaşlıqlarının daha da möhkəmlənməsində dönüş nöqtəsi olacaq.

 

Teqlər