İranda Aşura günü günorta namazı qılındı
Okt 12, 2016 16:52 Asia/Baku
-
İranda Aşura günü günorta namazı qılındı
Günorta azanının verilməsi ilə Hüseyn Aşurasının günorta namazı İranın şəhər və kəndlərində məscidlər, təkyələr, hüseyniyyələr, məzhəbi heyətlər və meydanlarda Şəhidlər sərvəri və din bayraqdarının böyük xatirəsinə camaatla qılınıb.
İranın hər bir yerində Hüseyn (ə) əzadarları Aşura günündə Şəhidlər Sərvəri Həzrət Əba Əbdillahil-Hüseynə (ə) iqtida olaraq günorta namazını, namazın ilk vaxtında camaatla qılıblar.
Hər il İmam Hüseynin (ə) Aşura günü son namazının xatirəsinə olaraq qılınan Hüseyn (ə) Aşurası günorta namazının ən önəmli müraciəti islam dinini və ən çətin şəraitdə ilahi və insani yüksək təlimləri qorumaqdır.