Okt 13, 2016 10:34 Asia/Baku
  • İran Əfqanıstan terror aktlarına reaksiya verdi
    İran Əfqanıstan terror aktlarına reaksiya verdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstanda Hüseyn(ə) əzadarlarına edilən hücumları qınadı.

İran XİN sözçüsü Bəhram Qasemi Kabil və Bəlx şəhərlərində Hüseyn(ə) əzadarlarına edilən hücumları tənqid edib və deyib: Əfqanıstanda əzadarlıq edən günahsız insanların qırğın edilməsi terrorçular və onların himayədarlarının İslam Ümmətinin vəhdəti ilə tükənməz düşmənçiliyinin nişanəsidir. 

B.Qasemi Əfqanıstan xalqı və dövlətinin kədərini bölüşərək, terror aktı qurbanlarının  yaxınlarına baş sağlığı verib və deyib: Bütün regional və beynəlxalq oyunçular terrorizm kimi təhlükəli bir fenomen ilə mübarizənin aparılmasında məsuliyyət daşıyır. 

Çərşənbə günü Əfqanıstanın Bəlx əyalətində bir məscidin girəcəyində törədilən terror aktı zamanı onlarla Hüseyn(ə) əzadarı ölüb və  yaralanıb. 

Teqlər