Okt 13, 2016 10:54 Asia/Baku
  • İranda bir qrup təkfirçi terrorçu həbs edilib
    İranda bir qrup təkfirçi terrorçu həbs edilib

İran İslam Respublikasının təhlükəsizlik naziri bir qrup terrorçunun həbs edilməsi və 100 kq-dan çox partlayıcı maddənin ələ keçirilməsindən xəbər verib.

Seyid Mahmud Ələvi İRİB-yə verdiyi müsahibədə deyib: Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fars əyalətindəki təhlükəsizlik qrumları və yerli sakinlər ilə əməkdaşlıq yolu ilə təkfirçi terrorçu qruplaşma üzvlərinin təxribatını önləyərək, Hüseyn(ə) əzadarlığı mərasimlərində anti-humanist bir cinayətin qarşısını alıblar. 

Ələvi əlavə edib: Bu əməliyyat zamanı xarici ölkə vətəndaşları olan terrorçu dəstə üzvləri həbs ediliblər. Həmçinin, 100 kq-dan artıq partlayıcı maddə və partlayıcı qurğuların hazırlanmasında istifadə edilən vasitələr aşkar və zəbt edilib. 

İranın təhlükəsizlik naziri əlavə edib: Mövcud faktlar İran ilə düşmən olanların İranda dini zəmində qarşıdurma törətmək üçün təkfirçi terrorçu ünsürlərdən faydalanmağa çalışdıqlarına dəlalət edir. 

Ələvinin dediyinə görə, bu xüsusda daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq.