SEPAH altıncı bəyanatını yaydı
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH "Doğru Vəd-3" əməliyyatı ilə bağlı dünən gecə altıncı bəyanatını yayaraq, bildirib: "Şərif İran xalqının diqqətinə çatdırılır ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin əvvəlkindən daha güclü və dağıdıcı raket hücumlarının yeni dalğası bir neçə dəqiqə öncə başladı".
SEPAH-ın “Doğru Vəd- 3” əməliyyatının səkkizinci dalğası ilə bağlı yaydığı bəyanatda deyilir: "Bu əməliyyatda müasir üsullarla və şəhidlər Baqiri, Səlami, Hacızadə və SEPAH-ın aerokosmik qüvvələrinin digər şəhidlərinin gücləndirdiyi informasiya imkanları və avadanlıqlarından istifadə etməklə , qəddar sionist rejimin komanda-nəzarət sistemləri və düşmənin çox qatlı müdafiə sistemləri sıradan çıxarılıb. Belə ki, rejimin müdafiə sistemləri bir-birini hədəfə almağa başlayıblar."Bəyanatın davamında deyilir: "ABŞ və Qərb dövlətlərinin hərtərəfli dəstəyinə və ən son müdafiə texnologiyasına malik olmasına baxmayaraq, bu əməliyyatda istifadə edilən təşəbbüslər və imkanlar işğal olunmuş ərazilərdəki hədəflərə maksimum və uğurlu raket zərbələri endirilməsi ilə nəticələnib".Bu gün biz şəhidlər Baqiri, Səlami və Hacızadənin doğru vədlərlərin şahidi oluruq. Hansı ki, dəfələrlə bəyan etdilər ki, "Doğru vəd-3" və gələcək əməliyyatlar əvvəlki əməliyyatlardan qat-qat daha sarsıdıcı, daha sərt, daha dəqiq və daha dağıdıcı olacaqlar. Bu əməliyyat həm də göstərdi ki, illüziyada olan və təcavüzkar sionist və amerikalı düşmənlərin İslami İranla bağlı hesablamaları və təxminləri tamamilə yanlışdır və indi biz sionist işğalçı rejimin dağılmasının şahidi olmalıyıq".Bəyanatın sonunda bildirilib ki, bu cinayətkar rejimin himayədarları da bilməlidirlər ki, bu saxta rejimin həyati əhəmiyyətli obyektlərinə qarşı effektiv, məqsədyönlü və daha dağıdıcı əməliyyatlar onun tam məhvinə qədər davam edəcək.