İran İraqdakı son terror aktını pisləyib
https://azeri.sahartv.ir/news/İran-i239990-İran_İraqdakı_son_terror_aktını_pisləyib
İranın XİN sözçüsü onlarla İmam Hüseyn(ə) əzadarının ölümü və yaralanması ilə nəticələnən Bağdadın şimal şərqində baş verən son terror aktını pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2016 15:33 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İranın XİN sözçüsü onlarla İmam Hüseyn(ə) əzadarının ölümü və yaralanması ilə nəticələnən Bağdadın şimal şərqində baş verən son terror aktını pisləyib.

İran İslam Respublikası XİN-in mətbuat xidmətindən bildiriblər ki, XİN-in sözçüsü Bəhram Qasimi bu terror hadisəsində həlak olanların ailələri, eləcə də İraq dövləti və xalqı ilə həmdərdlik ifadə edərək, bir daha terrorizm və təkfirçi qruplarla mübarizədə müştərək əməkdaşlıqların vacibliyini vurğulayıb, İraq xalqı və dövlətinə dəstək üzrə beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyəti xatırladıb.

İran diplomatiya aparatının sözçüsü deyib: İran İslam Respublikası terrorçuların tam məğlub edilməsinədək İraq xalqı və dövlətinin kənarında duracaq və ümid edirik ki, İraq xalqının və digər region ölkələrinin birliyi və bütövlüyü sayəsində bu nifrət doğuran fenomenin şərri regiondan kəsiləcək. 

Bu gün Bağdadın şimalında yerləşən Əşşəb məhəlləsində İmam Hüseyn(ə) əzadarları toplusunda törədilən terrorçu partlayış nəticəsində ən azı 30 nəfər ölüb , 50-dən çox adam yaralanıb.