Okt 17, 2016 21:00 Asia/Baku
  • Hüseyn Aşuri
    Hüseyn Aşuri

Tehranda İran, Türkiyə, Türkmənistan, Tacikistan və Qazaxıstanın dəmiryolu şirkətlərinin iştirakı ilə Mərkəzi Asiya ilə Avropa arasında dəmiryolu əməkdaşlıqlarının genişləndirilməsi məqsədi ilə iclas keçirilib

İran İslam Respublikası dəmiryolu şirkətinin sədr müavini Hüseyn Aşuri Tehran iclasının kənarında İRNA-nın müxbirinə deyib: Regional nəqliyyatın inkişafı, Orta Asiya qatarlarının İran və Türkiyə yolu ilə Avropaya hərəkətinin təmin edilməsi Tehran iclasının gündəmini təşkil edir. 

Aşuri deyib: Türkiyə və Avropa ölkələri özlərinə məxsus dəmiryolu qaydalarına malikdirlər, Orta Asiya ölkələrindəki qaydalar isə fərqlidir. İran isə hər iki qaydanı tətbiq etmişdir, ona görə də İranın dəmiryolları Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında körpü rolu oynaya bilər. 

İİR dəmiryolu şirkətinin sədr müavininin dediyinə görə, bu gün Tehran iclasında İran, Türkiyə, Türkmənistan, Tacikistan və Qazaxıstan arasında dəmiryolu nəqliyyatı üzrə əməkdaşlıqların ilkin sənədinin hazırlanması mövzusunun araşdırılmasına start verilib.  

Teqlər