Prezident Ruhani: Dini demokratiya super güclərə qarşı qələbə yolunu öyrətdi
https://azeri.sahartv.ir/news/İran-i241559-prezident_ruhani_dini_demokratiya_super_güclərə_qarşı_qələbə_yolunu_öyrətdi
İran İslam Respubikası prezidenti deyib: İran xalqı illər boyu əldə etmək üçün çalışdığı müstəqilliyinin itirilməsinə heçvaxt imkan verməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2016 11:54 Asia/Baku
  • Prezident Ruhani
    Prezident Ruhani

İran İslam Respubikası prezidenti deyib: İran xalqı illər boyu əldə etmək üçün çalışdığı müstəqilliyinin itirilməsinə heçvaxt imkan verməyəcək.

İİR prezident aparatının informasiya prtalının verdiyi məlumata görə, İran İslam Respubliksı prezidenti Həsən Ruhani bu gün Mərkəzi ostana etdiyi səfərinin davamında Xomeyn şəhərinin əhalısi qarşısında etdiyi çıxışında deyib: İmam Xomeyni(r.ə) həqiqi islamı, dini demokratiyanı və super güclərə qarşı qələbə yolunu İran xalqına öyrətdi. 

İİR prezidenti deyib: Dünyanın 6 gücü ilə müzakirələrdə İran xalqının haqqını geri almaq İmam Xomeyninin(r.ə) təlimləri və islam inqilabının böyük rəhbərinin yol göstərmələri nəticəsində mümkün oldu.

Ruhani İran xalqının birliyinin islam inqilabının böyük rəhbərinin istiqamətləndirməsinin nəticəsi olduğunu bildirərək deyib: Ölkəmizin bütün hərbi və təhlükəsizlik qüvvələrinin səyləri nəticəsində ölkənin hər bir yerində təhlükəsizlik bərqərardır. 

İran prezidenti yekun nüvə anlaşmasının nailiyyətləri barədə deyib: Keçmişdə iri gəmilər İran limanlarına lövbər sala bilmirdilər onların yükü Dubayda boşaldılır və qayıqlar vasitəsi ilə Bəndər Abbas limanına daşınırdı, bu gün isə İran limanlarında iri gəmilər lövbər salır , bu isə İran İslam Respublikasının siyasətinin iftixarlarından biridir. 

Ruhani İran bankları ilə dünyanın bank sistemi arasında əlaqənin yaranmasına toxunaraq deyib: Bu gün İran vaxtı ilə sanksiyalara məruz qalmış özünün avtomobil və neft-kimya məhsullarını asanlıqla digər ölkələrə ixrac edə bilər. 

İran prezidenti nazirlər kabinetinin vilayətlərə 32-ci səfərində Mərkəzi ostanın Xomeyn şəhərində İmam Xomeyninin(r.ə) evinə baxış keçirmiş İran İslam Respublikasının banısının xatirəsini əzizləmişdir.