Ruhani: Supergüclər terrorizmlə siyasi oyun oynayırlar
-
İran prezidenti Həsən Ruhani
İran prezidenti deyib: Bəzi supergüclər terrorizmlə mübarizə məsələsi ilə siyasi teatr yaradıblar.
İran prezidenti Həsən Ruhani bu gün Mərkəzi vilayətə səfərinin sonunda jurnalistlərlə keçirdiyi mətbuat konfransında İran İslam Respublikasının region olayları qarşısındakı mövqeyi barədə əlavə edib: Yaxın şərq bölgəsindəki terrorizm fenomeninin davam etməsinin səbəbi qərb qüdrətlərinin bu problemə son qoymağa maraqlı olmamasındadır. Halbuki bu problem və onun mənfi nəticələri bumeranq kimi onların özünə də qayıtmışdır.
Həsən Ruhani bildirib: Bəzi supergüclər terror qrupları vasitəsindən öz qeyri-qanuni məqsədlərini reallaşdırmaq üçün istifadə edirlər və indiyə qədər onlara qarşı heç bir müsbət addım atmayıblar.
Ruhani regionda terrorizm qarşısında İranın mövqeyini şəffaf adlandırıb və əlavə edib: İran ev sahibi ölkə ilə koordinasiya olmadan xarici ölkələrin müdaxiləsini çox təhlükəli hesab edir və inanır ki, İraq və Suriya dövlətləri ilk öncə kömək istəməlidirlər ki, başqa bir ölkə onların ərazisində terrorizmə qarşı mübarizə apara bilsin.
Bəzi ölkələrin regionda xarici müdaxilələrinin beynəlxalq qaydalara zidd olduğunu qeyd edən Ruhani bunun, Yaxın şərqdə de-stabilliyi gücləndirdiyini söyləyib.
İran prezidenti sözlərinin sonunda İranın iqtisadi inkişafı üçün hökumətin proqramlarına toxunaraq xatırladıb: Bir çox ölkə və xarici investor İranın sənaye və iqtisadi müəssisələri ilə birgə işləməyə maraq göstərir və bu istiqamətdə müxtəlif anlaşmalar və müqavilələr imzalanmışdır.