13 Abanda ABŞ və "İsrail" bayraqları yandırıldı
-
13 Abanda ABŞ və "İsrail" bayraqları yandırıldı
İranda Amerika və sionist rejimin bayraqları Beynəlxalq İmperizlizm ilə Milli Mübarizə Günündə yandırılıb.
13 Aban Günü münasibəti ilə Tehranda yürüşçülər bu gün səhər İranın müxtəlif şəhərlərində yürüşlərlə eyni vaxtda ABŞ-ın Tehrandakı sabiq səfirliyi (casusluq yuvası) qarşısında ABŞ və sionist rejimin bayraqlarını yandırıblar.
13 Aban günü yürüşünün iştirakçıları "ABŞ-a ölüm!" və "İsrailə ölüm!" şüarlarını səsləndirərək istənilən zülm və sitəmə nifrətlərini bəyan ediblər.
13 aban yürüşündə məktəbli birlikləri ayrı-ayrılıqda bəyanatlar qiraət edərək İslam İnqilabının amallarının davam etməsi və Amerikanınyalan vədlərinə etimadsızlığın vacibliyini vurğulayıblar.
Bu gün 13 aban 3 noyabr İranda Beynəlxalq İmperializm ilə Milli Mübarizə Günüdür.
37 il öncə məhz belə bir gündə İran tələbələri Amerikanın İslam İnqilabına qarşı çoxlu məkrli planlarına etiraz olaraq Amerikanın Tehrandakı casusluq yuvasını (səfirliyi) ələ keçiriblər.