Xarici zəvvarlar Ərbəin mərasimində iştirak üçün İran ərazisindən istifadə edirlər
İran ilə qonşu ölkələrin əzadarlıq karvanları Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İran yolu ilə İraqa səfərə start veriblər.
Astara gömrük məntəqəsinin müdiri Cəlal Dəyansayi deyir: Azərbaycandan olan Ərbəin zəvvarları müxtəlif dəstələr formasında Kərbəlaya doğru səfərlərini Astara gömrük məntəqəsindən keçərək, başlayıblar.
C.Dəyansayi əlavə edib: Azərbaycanlı zəvvarlar Mehran sərhəd məntəqəsinə çatdıqdan sonra, İraq ərazisində səfərlərini piyada olaraq davam etdirəcəklər.
Astara gömrük məntəqəsi müdirinin dediyinə görə, ötən il Ərbəin mərasimində 4700 azərbaycvanlı zəvvar Astara gömrük məntəqəsindən keçərək, Kərbəlaya səfər etmişdi. Bu il isə, 6500 zəvvar 50 avtobus ilə bu mənəvi səfərdə iştirak edir.
Rəzəvi Xorasanında yerləşən Taybad qəsəbəsinin polis rəisi də İRNA-ya bildirib ki, 1500 Əfqanıstan vətəndaşı Ərbəin mərasimində iştirak etmək üçün bazar günü İrana daxil olub.
İranın Pakistanın Kvetta, Karaçi, Lahur və Pişavər şəhərlərindəki konsulluqları da Ərbəin mərasimində iştirak etmək istəyən pakistanlı zəvvarlara İran ərazisindən keçərək, səfər etmək üçün konssulluq xidmətləri göstərirlər.
20 noyabr, İmam Hüseyn(ə) və tərəfdaşlarının Kərbəlada şəhid edilməsinin 40-cı günü münasibəti ilə, milyonlarla zəvvar Kərbəlada Ərbəin mərasimində iştirak etmək üçün bu şəhərə doğru səfərə başlayıb.