Ruhani: Tehran bütün sahələrdə Pekinlə həmkarlığın dərinləşdirilməsini alqışlayır
-
Ruhani: Tehran bütün sahələrdə Pekinlə həmkarlığın dərinləşdirilməsini alqışlayır
İran İslam Respublikasının prezidenti deyib ki, Tehran müdafiə sahəsi daxil olmaqla bütün sahələrdə Pekinlə həmkarlığın dərinləşdirilməsini alqışlayır.
Prezident Aparatının informasiya portalının məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Çinin müdafiə naziri Tszyan Van Kuan ilə görüşdə əlavə edib: Terrorizm və bəzi ölkələrin başqalarının daxili işlərinə qanunsuz müdaxilələri iki böyük təhlükə və təhdiddir.
İran İslam Respublikasının prezidenti Tehranın terrorizmlə mübarizə və regionun sabitliyi və təhlükəsizliyinin qorunması üzrə səylərini bəyan edərək, deyib: Böyük terrorizm xətərilə mübarizə üçün iki ölkə həmkarlıqları genişlənməlidir.
Çinin müdafiə naziri Tszyan Van Kuan da İranın regiondakı strateji yerinə toxunaraq, müxtəlif sektorlarda iki ölkə əməkdaşlıqlarının yüksəldilməsi zərurətini xatırladıb və bildirib ki, Çin daim İran İslam Respublikası ilə çox yaxın mövqelərə malikdir.