Xarici zəvvarlar Mehran sərhədini keçirlər
Rusiyadan bir qrup zəvvar Kərbəlaya getmək və İmam Hüseyn (ə) ərbəini məraismində iştirak etmək üçün İranın qərbində Mehran beynəlxalq sərhədindən keçib və İraqa yollanıb.
İRNA-nın məlumatına görə, rus zəvvarlar çərşənbə axşamı günü əllərində Rusiya bayrağını tutaraq qara libasda şəhidlər sərvərinin vəsfində rusca şüarlar səsləndiriblər.
Müsəlman və şiə məzhəbli olan rus zəvvarlar İRNA müxbiri ilə müsahibədə Kərbəla səhrasının şəhidlər sərvərinə sevgini Ərbəin mərasimində iştirakın əsas məqsədi adlandırıblar.
Rusiyadan zəvvarların kənarında, digər müsəlman ölkələri, o cümlədən Azərbaycan, Türkiyə və Pakistandan da çoxlu sayda zəvvar da ötən günlərdə Mehran sərhədindən İraq ərazisinə keçmişdir.
Proqnozlara əsasən, 2 milyondan çox zəvvar builki ərbəin mərasimində iştirak etmək üçün İraqa səfər edəcək. Bu zəvvarların əksəriyyəti Kərbəlaya ən qısa məsafəsi olan İlam-İraq yolunu seçir. 20 səfər (20 noyabr) dünya şiələrinin 3-cü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının Kərbəla səhrasında şəhid edilməsinin qırxıncı gününün ildönümüdür. Dünyanın hər bir tərəfindən milyonlarla müsəlman bu mərasimdə iştirak etmək üçün Kərbəla şəhərinə səfər edir.