Noy 19, 2016 19:15 Asia/Baku
  • İranda radiodərman istehsalı müqaviləsi imzalanıb

İranın Atom Enerjisi Təşkilatının sədri İranda 70 milyon avroluq radiodərman istehsalı müqaviləsinin imzalanmasından xəbər verib.

IRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Buşehr şəhərində müxbirlər qarşısında deyib ki, bir neçə xarici şirkətlə 70 milyon avroluq radiodərman istehsalı müqaviləsi bağlanıb.

İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Bu layihənin icrası ilə radiodərman istehsalı və onun məhsullarının ixracı zəmini yaranacaq.

Salehi bildirib ki, nüvə texnologiyasının imkanlarından istifadə İranın Atom Enerjisi Təşkilatının prioritetlərindəndir. O, deyib: Bu istiqamətdə radiodərman və vaksina istehsalı təşkilatın proqramlarından olubdur ki, daxili mütəxəssislərin köməyilə bu sahədə nəzərəçarpacaq uğurlar əldə olunubdur.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin İranda üç nüvə təcili yardım mərkəzinin inşasına toxunaraq, əlavə edib: Bu mərkəzlər İsfahanda işə salınıb və Buşehr və Ərak şəhərlərində onların icra əməliyyatı başlanıbdır.

Teqlər