İranın birinci vitse-prezidenti Nəcəfdə Hüseyn(ə) Ərbəini yürüşündə iştirak edib
İranın birinci vitse-prezidenti İraqın Nəcəf şəhərində Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) aşiqlərinin əzəmətli cərgəsinə qoşulub.
IRIB-nin məlumatına görə, İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri bu gün günortadan öncə İraqın Nəcəfi-Əşrəf şəhərinə daxil olduqdan sonra Kərbəla zəvvarlarının hərəkəti istiqamətində qərar tapıb və Nəcəf-Kərbəla yolunun bir hissəsində şəhidlər ağasının aşiqləri sırasına qoşulub.
İran İslam Respublikasının birinci vitse-prezidenti həmçinin Nəcəf-Kərbəla yolunda yerləşmiş bəzi çadırlardan baxış keçirərək, İmam Hüseyn(ə)-ın pak ziyarətgahının zəvvarlarına xidmətin göstərilməsi tərzi ilə yaxından tanış olub.
Cahangiri bu yürüş gedişində Paklıq Əhli-Beyti(ə) vurğunları və zəvvarlardan bəziləri ilə səmimi mühtidə söhbət edib və onların zəvvarlara lazım olan imkanların təmini və İranın sərhəd məntəqələrində göstərilən xidmətlərin tərzindən razılıq miqdarı barədə məlumatlanıb.
İran İslam Respublikasının birinci vitse-prezidenti qərar üzrə dünya şiələrinin birinci imamı- Həzrət Əmirəlmöminin(ə)-ın pak ziyarətgahını da ziyarət etməlidir.