Sloveniya prezidenti Tehrana daxil oldu
https://azeri.sahartv.ir/news/İran-i246626-sloveniya_prezidenti_tehrana_daxil_oldu
Sloveniya prezidenti Brot Baxur yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Tehrana səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2016 18:18 Asia/Baku
  • Sloveniya prezidenti Tehrana daxil oldu
    Sloveniya prezidenti Tehrana daxil oldu

Sloveniya prezidenti Brot Baxur yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Tehrana səfər edib.

İRNA-nın verdiyi məlumata görə, Brot Baxur bazar ertəsi İran rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq məqsədi ilə Tehrana səfər edib. Hava limanında Sloveniya prezidentini İranın energetika naziri Həmid Çitçiyan qarşılayıb.

Sloveniya prezidentinin İrana olan səfəri zamanı bu ölkənin Tehranda səfirliyinin açılması nəzərdə tutulub.

Həmçinin, iki ölkənin iş adamları və sərmayə sahibləri sabah birgə iclas təşkil edərək, Tehran - Lyubliyan əlaqələrinin genişləndirilməsi yollarını araşdıracaqlar.