İran parlamentinin üzvləri ABŞ parlament üzvlərinin hərəkətlərini pisləyiblər
İran İslam Şurası Məclisinin üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların on il müddətinə uzadılmasına dair hərəkətini pisləyiblər.
Fars xəbər agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin üzvləri bugünkü açıq iclasda qəbul etdikləri bəyanatda ABŞ Konqresinin Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların on il müddətinə uzadılmasına dair hərəkətini pisləyərək, İran İslam Respublikası dövlətindən istəyiblər ki, İran İslam Şurası Məclisinin nüvə anlaşması haqda qəbul etdiyi qanuna əsasən, ciddi və cavab addımları atsın.
İran İslam Şurası Məclisinin üzvləri bu bəyanatda İslam İnqilabının dinc nüvə sənayesindəki nailliyyətlərinin və milli başıucalığın qorunmasını vurğulayıblar.
Bu istiqamətdə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr əvəzi Kamal Dehqani Firuzabadi Amerikanın əhdinə yaxşı əməl etməməsinə və ABŞ Konqresinin Nümayəndələr Palatasında İrana qarşı sanksiyaların uzadılmasına toxunaraq, Amerikanın əhdinə yaxşı əməl etməməsi qarşısında addımın atılması hədəfilə məclis üzvlərinin məclisin rəyasət heyətinə iki oxunuşlu layihə təqdim etmələrindən xəbər verib.
ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra İrana qarşı sanksiyaları daha on il müddətinə uzadıb, həmçinin İrana təyyarə satışının qarşısının alınması üçün digər bir qanunu qəbul edib.