İran istehsalı olan 11 ton ağır su Omana göndərilib
İranın Atom Enerjisi Təşkilatının sədri İran istehsalı olan 11 ton ağır suyun Omana göndərilməsindən xəbər verib.
IRIB-nin məlumatına görə, Əli Əkbər Salehi bu gün Tehranda Ekologiyada Müharibənin Təsirləri ilə Mübarizə Ümumdünya Gününün anım mərasiminin kənarında müxbirlər qarşısında deyib: 11 ton ağır su Omana göndərilib və qarşı tərəf də alqını davam etdirməyə hazır olduğunu bildirib.
Salehi həmçinin deyib: İran İslam Respublikası nüvə anlaşmasında üzərinə götürdüyü öhdəliklərə əməl edib və gözləyir ki, qarşı tərəf də öz öhdəliklərinə əməl etsin.
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Nüvə anlaşması yaxşı irəliləyib və təkcə sanksiyaların ləğvində ləngimələrlə üzləşibdir ki, İranın Xarici İşlər Nazirliyi bu məsələni ciddi şəkildə izləyir.