Noy 23, 2016 20:54 Asia/Baku
  • İnqilab Rəhbəri Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə bağlı başsağlığı veriblər
    İnqilab Rəhbəri Ayətullah Musəvi Ərdəbilinin vəfatı ilə bağlı başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei böyük mərcələrdən olan Ayətullah Hacı Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfat etməsi münasibəti ilə mərhumun ailəsi və onu sevənlərə baş sağlığı veribər.

İnqilab Rəhbərinin başsağlığı müraciətində deyilir:

"Ayətullah Musəvi Ərdəbili elm və fiqh sahəsindəki fəaliyyətləri ilə yanaşı, çox çətin bir dövrdə İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinə sədrlik kimi çox çətin bir məsuliyyəti üzərinə götürərək, İmam Xomeyni(r.ə)-in həyatı dövründə olan bütün mühüm hadisələrdə aktiv iştirak etmiş və İranın görkəmli xadimlərindən birinə çevrilmişdi.

Ayətullahülüzma Xamenei öz müraciətlərində həmçinin deyiblər: Mədəni fəaliyyətlər, məktəb və universitetlərin təsis edilməsi mərhum Ayətullah Musəvi Ərdəbilinin bərəkətli həyatının digər mühüm səhifələrindən sayılır.

İnqilab Rəhbəri o böyük alim üçün Allahdan rəhmət diləyib.

Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbili bir neçə gün öncə ürək çatışmazlığından əziyyət çəkdiyi üçün Tehranın Lalə xəstəxanasına yerləşdirilmişdi. O, çərşənbə günü səhhətində yaranan ağırlaşmanın ardınca fani dünyaya vida etdi.

İran prezidenti Həsən Ruhani də öz başsağlığı müraciətində Ayətullah Musəvi Ərdəbilinin vəfat etməsi münasibəti ilə 2 gün müddətinə ümumi matəm elan edib.

Teqlər