Noy 27, 2016 13:56 Asia/Baku
  • İranın Milli Neft qazıntı şirkətinin vertolyotu Xəzərdə qəzaya uğrayıb(son məlumat)
    İranın Milli Neft qazıntı şirkətinin vertolyotu Xəzərdə qəzaya uğrayıb(son məlumat)

Xəzər dənizi üzərində İranın Milli Neft qazıntı şirkətinin vertolyotunun qəzaya uğraması nəticəsində onun bütün beş sərnişini həlak olub.

İranın xəzər yanı ostanı olan Mazandaranın Qırmızı Aypara Cəmiyyətinin icraçı müdiri  Müctaba Əkbəri deyib: İranın Milli Neft Qazıntıları Şirkətinə məxsus bir ədəd vertolyot bu gün səhər çağı Xəzər dənizi üzərində Əmirabad limanından 20 km məsafədə qəzaya uğrayıb. 

M.Əkbərinin dediyinə görə vertolyotun beş sərnişini varmış və ürək infarktı keçirən bir xəstəni İranın Xəzər dənizindəki neft yatağına köçürərkən qayıdışda neft yatağından yarım mil məsafədə qəzaya uğrayıb.

Vertolyotun hər beş sərnişininin cənazəsi aşkar edilib.

Ostan rəsmilərinin dediklərinə görə, vertolyotun qəzaya uğraması texniki nöqsan üzündən baş verib amma hələlik vertolyotun qara qutusu tapılmayıb. 

Teqlər