İngiltərədə İran Beynəlxalq Ticarət iclası
İran və İngiltərə rəsmilərinin iştirakı ilə Londonda İran Şirkətləri Bazarı Beynəlxalq iclası keçirilib.
İRNA-nın məlumatına görə, İran Şirkətləri Bazarı Beynəlxalq iclas ötən gün İranın Avtomatik Parsian Qrupu və İngiltərənin Frantir Exchange müəssisəsi tərəfindən və Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası və İngiltərə Beynəlxalq Ticarət Nazirliyinin əməkdaşlığı ilə keçirilib.
Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının nümayəndələr heyətinin üzvü Həsən Fruzanfərd, İngiltərə Beynəlxalq Ticarət Nazirliyinin rəsmisi Liza Vidon, İngiltərə İxracata Zəmanət Fondunun müşaviri Julian Lin bu bir günlük iclasda çıxış ediblər.
Bu iclas İranın inkişaf proyektləri üçün investisiyanın cəzbi və maliyyə təminatı məqsədilə keçirilib.
Bu gün çərşənbə axşamı günü Londonda İran və İngiltərənin iqtisadi fəallarının dəyirmi masası keçiriləcək.