İran və Rusiya terrorizm ilə mübarizə sahəsindəki əməkdaşlıqları vurğulayıblar
-
İran və Rusiya terrorizm ilə mübarizə sahəsindəki əməkdaşlıqları vurğulayıblar
İran İslam Respublikası və Rusiya prezidentləri telefon əlaqəsi saxlayaraq qarşılıqlı, regional və beynəlxalq məsələləri müzakirə ediblər və terrorizm ilə mübarizə sahəsində iki ölkənin əməkdaşlıqlarını vurğulayıblar.
Dünən gecə baş tutan bu telefon danışığında İran İslam Respublikasının prezidenti Həsən Ruhani İran və Rusiyanın xüsusiylə Suriyada terrorizm ilə mübarizə sahəsindəki müştərək əməkdaşlıqları və bu əməkdaşlıqların regionda sabitliyin təminindəki tarixi roluna toxunaraq deyib: Suriya böhranının yekun həlli siyasi müzakirələr və bu ölkə xalqının hüquqlarına hörmət edilməsi ilə mümkündür, son qərarı Suriya xalqı verməlidir.
İİR prezidenti İran və Avrasiya əməkdaşlıqlarının yüksələn xətt üzrə inkişaf etməsindən razı qaldığını bildirərək İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin Bakı sammitinin uğurlu keçirilməsini xatırladıb və deyib: Bu müzakirələrin növbəti mərhələsi Tehranda keçiriləcək və 3 tərəfli eləcə də regional əməkdaşlıqları daha da sürətləndirəcək.
Teleron danışığında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də İran və Rusiya arasındakı regional əməkdaşlıqlara toxunaraq deyib: Tehran-Moskva regional böhranların həllində ortaqdırlar və bu sahədəki əməkdaşlıqlar və fikir birliyi xüsusiylə Suriya məsələsində bu ölkə xalqının terrorçulardan xilas edilməsinədək davam etdiriləcəkdir.