Noy 30, 2016 19:49 Asia/Baku
  • OPEK İranın neft istehsalını artırması ilə razılaşdı
    OPEK İranın neft istehsalını artırması ilə razılaşdı

OPEK İrana icazə verib ki, gündə 3 milyon 797 min barel neft istehsal edə bilsin.

Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-ə bağlı bir rəsmi deyib: Bu təşkilatın üzvləri neft istehsalının azaldılması üzrə Əlcəzairdə irəli sürülən layihə barədə razılığı əldə ediblər.

Neft İxrac edən Ölkələr Təşkilatı OPEK İndoneziyanın bu təşkilatda üzvlüyünü təxirə salıb və onun istehsal payını digər üzvlər arasında bölüb.

OPEK-də bir rəsmi çərşənbə günü Röyterslə müsahibədə deyib: Səudiyyə Ərəbistanı bu təşkilata üzv ölkələrin istehsal səviyyəsinin məhdudlaşdırılması barədə yeni anlaşmaya əsasən, öz neft istehsalını gündəlik 10 milyon 60 min barelə azaltmaqla razılaşıb. Səudiyyə Ərəbistanının oktyabr ayında neft istehsalı gündəlik 10 milyon 540 min barel olub.

Teqlər