Zərif: Sanksiyaların uzadılması Amerika dövlətinin etibarsızlığını göstərir
İranın xarici işlər naziri deyib: Amerikanın İrana qarşı sanksiyalarının uzadılması dünya ictimaiyyətinin baxımından Amerika dövlətinin etibarsızlığını göstərir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Hindistan paytaxtına daxil olarkən müxbirlərlə müsahibədə Amerikanın İrana qarşı sanksiyalarının uzadılmasına reaksiyada deyib ki, Amerika nüvə anlaşmasındakı öhdəliklərinə zidd olaraq əməl edir.
Zərif əlavə edib: Amerikalı rəsmilərin keçmişdə İrana qarşı sanksiyaların icrasını dayandırmağa borclu olduqları kimi, hazırda da icra dayanıbdır və şərait üçüncü ölkələr üçün fərq etmir.
İranın xarici işlər naziri qeyd edib ki, Amerika konqresinin İrana qarşı gördüyü iş bu ölkə prezidenti tərəfindən imzalansa belə, icra təsirinə malik deyil.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi də deyib ki, ABŞ senatının İrana qarşı sanksiyaların on il müddətinə uzadılmasına dair qərarı əslində nüvə anlaşmasınn açıq şəkildə pozulması deməkdir.
İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: İranın Amerika senatı və konqresinin hərəkətləri qarşısındakı addımları baş məsul şəxslərin yekun qərarından sonra, təyin edilmiş zamanda elan ediləcək və lazımı addımlar atılacaqdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də deyib ki, Amerika konqresinin nümayəndələr palatası və senatının İrana qarşı sanksiyaların uzadılması üzrə qərarı Amerikanın öhdəliklərinə və nüvə anlaşmasına ziddir.
İran İslam Şurası Məclisinin üzvləri ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının uzadılmasına ciddi reaksiya və cavabın verilməsini vurğulayıblar.
ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.
Bundan öncə ABŞ konqresi də hər iki respublikaçı və demokrat partiyasının dəstəyilə İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini qəbul etmişdi.