Dek 03, 2016 10:52 Asia/Baku
  • ABŞ konqresinin anti-İran hərəkəti bu ölkənin şəriklərinə qarşı bir təhqirdir

İranın Məsləhət Şurasının katibi Amerika senatının İrana qarşı sanksiyaların on il müddətinə uzadılması barədəki qərarına reaksiyada deyib ki, Vaşinqtonun bu hərəkəti Avropa, Çin və Rusiyanı ələ salmaq sayılır.

ISNA-nın məlumatına görə, İranın Məsləhət Şurasının katibi Mohsen Rezayi dünən İrana qarşı sanksiyaların uzadılmasına reaksiyada instagram-dakı şəxsi səhifəsində yazıb: Əgər Amerika İrana qarşı yeni sanksiyalar tətbiq edərsə, əsaslı və dağıdıcı cavabla üzləşəcəkdir.

Mohsen Rezayi yazıb: İrana qarşı yeni sanksiyalar BMT Təhlükəsizlik Şurasına məhəl qoymamaq sayılır, deməli, İranın Amerika əleyhinə qarşılıqlı addım atması üçün imkan yaranacaq.

ABŞ senatı cümə axşamı günü İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini 99 lehinə səslə və əleyhinə səs olmadan qəbul edib.

Bundan öncə ABŞ konqresi də hər iki respublikaçı və demokrat partiyasının dəstəyilə İrana qarşı sanksiyaların on il müddətinə uzadılması layihəsini qəbul etmişdi.

Teqlər