Dek 03, 2016 18:15 Asia/Baku
  • Ruhani Altıların bütün üzvlərini Nüvə Anlaşmasını qorumağa çağırdı

İran İslam Respublikası prezidenti bildirib: 5+1 Qrupunun bütün ölkəkləri Əhatəli Müştərək Təşəbbüs Proqramının nailiyyətlərini qorumağa çalışmalıdırlar.

İran prezidenti Həsən Ruhani şənbə günü Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Yevqeni Lavrentyevlə Tehranda görüşdə deyib: Nüvə anlaşması qlobal sülh və təhlükəsizlik çərçivəsində 7 ölkənin işinin məhsuludur və bir ölkənin anlaşmanı zəiflətmək üçün öz maraqları istiqamətində addım atmasına icazə verilməməlidir.

Ruhani deyib: İran həmişə öz beynəlxalq öhdəliklərinə sadiq qalmış və qalacaqdır və nüvə anlaşmasının davamlılığı üçün 5+1 qrupunun digər üzvləri də öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidir.

İran prezidenti həmçinin terrorizmlə mübarizə və regional stabillik istiqamətində İran və Rusiyanın sıx əməkdaşlığı və yekdilliyinin davam etməsinin vacibliyini qeyd edərək deyib: İkitərəfli məsələlərdə iki ölkənin əməkdaşlıqları iki xalqın xeyrinə və regional məsələlərdəki əməkdaşlıqları isə regional sülh və stabilliyin xeyrinə olacaqdır.

Ruhani deyib: Suriya böhranının həlli siyasi müzakirə və Suriyanın gələcəyi barəsində əsas və yekun qərarı verəcək xalqın iradəsinə hörmət yolu ilə mümkündür. Həmçinin bu ölkənin ərazi bütövlüyünün qorunması ilə də həll edilə bilər.

Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Yevqeni Lavrentyev də bu görüşdə Rusiya və İran xalqı və dövlətləri arasında etimada prezident Putinin böyük önəm verdiyini qeyd edərək regional və beynəlxalq məsələlərdə Tehran-Moskva əməkdaşlığının gücləndirilməsini vurğulayıb.

Rusiya prezidentinin müavini deyib: Moskvanın nüvə anlaşması qarşılığında mövqeyi stabil və möhkəm mövqedir və onun zəifləməsi üçün heç bir səbəb yoxdur.

 

Teqlər