Bəidinejad: ABŞ senatının hərəkəti ətraflı proqramın pozulması deməkdir
İranın Britaniyadakı səfiri deyib: ABŞ konqresinin nümayəndələr palatası və senatında İrana qarşı sanksiyaların müddətinin uzadılması qanununun qəbul edilməsi açıq-aşkar şəkildə ətraflı müştərək təşəbbüs proqramının pozulması deməkdir.
İRNA-nın verdiyi məlumata görə, İranın Britaniyadakı səfiri Həmid Bəidinejad bu gün özünün İnstagram səhifəsində yazıb: ABŞ-ın İrana qarşı sanksiyalar qanununun müddətinin uzadılması və onun ABŞ prezidenti tərəfindən imzalanacağı ehtimalı, Vaşinqtonun əhatəli müştərək təşəbbüs proqramında əksini tapmış öz öhdəliklərinə sədaqəti barədə bir çox qaranlıq cəhətlərə səbəb olacaq.
Bəidinejad deyib: İranın ABŞ-ın bu hərəkətinə münasib reaksiyası mövzusu yüksək qərarvericilik səviyyəsində araşdırılmaqdadır və ən uyğun qərar veriləcəkdir.