Boqdanov: Qərb Suriya xalqının problemlərinin artması amilidir
https://azeri.sahartv.ir/news/İran-i249170-boqdanov_qərb_suriya_xalqının_problemlərinin_artması_amilidir
Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Qərb elə bir halda Suriyanın Hələb şəhərinin məzlum əhalisinə tərəfdarlıq iddiası edir ki, bu ölkəyə qarşı sanksiya tətbiq etməklə Suriya xalqı üçün bir çox iqtisadi və məişət problemini müjdə gətiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2016 07:31 Asia/Baku
  • Caberi-Ənsari - Boqdanov
    Caberi-Ənsari - Boqdanov

Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Qərb elə bir halda Suriyanın Hələb şəhərinin məzlum əhalisinə tərəfdarlıq iddiası edir ki, bu ölkəyə qarşı sanksiya tətbiq etməklə Suriya xalqı üçün bir çox iqtisadi və məişət problemini müjdə gətiribdir.

Ardıcıl İran-Rusiya məşvərətləri çərçivəsində, region hadisələri ilə bağlı və İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi-Ənsarinin dəvətilə bazar ertəsi günü Tehrana səfər etmiş Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Caberi-Ənsari ilə görüşüb.

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini də bu görüşdə Suriya böhranının üçlü- siyasi, insani və hərbi miqyaslarını şərh edərək, İran ilə Rusiyanın insani sahədəki əməkdaşlığını mühüm bir prioritet adlandırıb və belə deyib: İcazə vermək olmaz ki, bəzi oyunçular insan məsələsindən bir silah və vasitə kimi istifadə etsinlər.

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Yəmən olaylarına da toxunub: Yəmənin gələcəyi yalnız bu ölkə xalqı tərəfindən təyin olunacaq və səhnədəki təsirli oyunçular da ciddi yəmənli-yəmənli danışıqlarının formalaşması və nəticə verməsinə kömək etməlidirlər.