İran ABŞ Konqresinin qərarı ilə bağlı BMT-nin baş katibinə etiraz məktubu ünvanladı
https://azeri.sahartv.ir/news/İran-i249467-İran_abŞ_konqresinin_qərarı_ilə_bağlı_bmt_nin_baş_katibinə_etiraz_məktubu_ünvanladı
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və səfiri Qulaməli Xoşrunun BMT-nin baş katibi Ban Ki Muna ünvanladığı məktubda deyilir: İran İslam Respublikası hökuməti ABŞ Konqresinin son qərarını və İrana qarşı sanksiyaların müddətinin 2016-cı ilin sonuna kimi uzadılmasını ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə zidd adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 07:16 Asia/Baku
  • Qulaməli Xoşru
    Qulaməli Xoşru

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və səfiri Qulaməli Xoşrunun BMT-nin baş katibi Ban Ki Muna ünvanladığı məktubda deyilir: İran İslam Respublikası hökuməti ABŞ Konqresinin son qərarını və İrana qarşı sanksiyaların müddətinin 2016-cı ilin sonuna kimi uzadılmasını ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə zidd adlandırıb.

Bu məktubda deyilir: Nüvə anlaşmasına əsasən ABŞ anlaşma tərəflərindən biri olaraq sanksiyaların müddətinin uzadılması və ya yeni sanksiyaların tətbiq edilməsi kimi hərəkətlərdən çəkinmək barədə üzərinə öhdəlik götürüb. 

Q.Xoşru əlavə edib: İrana qarşı sanksiyaların müddətinin uzadılması ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə ziddir. Buna görə də, bu ölkə belə bir addımın mənfi və xoşagəlməz nəticələrinə görə məsuliyyət daşıyır. 

Bu məktubda BMT-nin baş katibindən istənilir ki, nüvə anlaşmasının bütün tərəfləri xüsusi ilə də Amerikadan öz öhdəliklərinə sadiq qalmalarını tələb etsin. Həmçinin, ondan istənilir ki, ABŞ-ın bu son  hərəkəti və nüvə anlaşması qarşısındakı digər pozucu rəftarlarına Təhlükəsizlik Şurasına təqdim edəcəyi növbəti hesabatında yer versin.